Cari ilin 8 ayında Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin sayı məlum olub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin yanvar-avqust aylarında ölkəyə 53006 ədəd minik avtomobili, 5465 ədəd yük avtomobili, 165 ədəd avtobus idxal olunub.
Bildirilib ki, idxal olunan malların 54,7 faizini avtomobil, 21,1 faizini hava, 12,0 faizini dəniz, 11,6 faizini dəmir yolu nəqliyyatı ilə gətirilmiş, 0,6 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.
Qeyd olunub ki, ixracın 36,3 faizini İtaliyaya, 14,6 faizini Türkiyəyə, 7,6 faizini İsrailə, 4,2 faizini Rusiyaya, 4,1 faizini Çexiyaya, 3,6 faizini Hindistana, 3,4 faizini Xorvatiyaya, hər biri 2,4 faiz olmaqla Almaniya və Portuqaliyaya, hər biri 2,2 faiz olmaqla Yunanıstan və Birləşmiş Krallığa, 2,1 faizini Bolqarıstana, 1,9 faizini Gürcüstana, 1,6 faizini Rumıniyaya, 1,3 faizini Tailanda, 0,9 faizini Tunisə, 0,8 faizini İndoneziyaya, hər biri 0,7 faiz olmaqla Niderland və Ukraynaya, hər biri 0,6 faiz olmaqla İspaniya, ABŞ, Serbiya və İsveçrəyə, 4,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.