Select your language

Select your language

Hadisə

Məktəbdənkənar təhsil müəssisələrində nəzarət tədbirləri artırılıb.

Report xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.

Onun sözlərinə görə, monitorinqlər nəticəsində 5 müəssisə rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib.

O qeyd edib ki, 4 istiqamət üzrə yoxlama meyarları əsasında məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilib: "Proses 145 müəssisənin 107-ni əhatə edib. Müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədlər, kadrlarla işin təşkili, maddi texniki baza və maliyyə-təsərrüfat sənədləri yoxlanılıb. Nəticədə 125 qrup bağlanılıb".

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il