Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtda yeni növ dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb.
AYNA-dan bildirilib ki, şəhər mobilliyi və infrastrukturu nəzərə alınmaqla, eləcə də piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə dar və ensiz səkilərdə bu tip dayanacaq pavilyonları quraşdırılacaq.
Qeyd edək ki, ilk olaraq 8 Noyabr prospektində bu tip dayanacaq pavilyonunun quraşdırılmasına başlanılıb.