Bakıda bu ilin 9 ayı ərzində şəhərin estetik görünüşünə xələl gətirən, texniki tələblərə cavab verməyən, dövlət dili haqqda qanunvericilik aktlarının tələblərini pozan 9 419 ədəd müxtəlif növ reklam daşıyıcısı demontaj olunub.
Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, qanun pozuntularının aradan qaldırılması barədə sahibkarlara 761 icrası məcburi olan yazılı göstəriş göndərilib. Regional Reklam İdarələri tərəfindən isə ümumilikdə 4 767 reklamın yayımı dayandırılıb.