Select your language

Select your language

Elm və təhsil

Array
(
    [0] => 1
    [1] => 5
)

İcazəniz yoxdur. İcazə problemi: core.edit

TUBİTAK: Azərbaycan ilə Türkiyə kriptologiya sahəsində yeni texnologiyaları inkişaf etdirməlidir

Azərbaycan ilə Türkiyə kriptologiya sahəsində yeni texnologiyaları inkişaf etdirməlidir.

Bunu TUBİTAK BİLGEM Mərkəzinin prezidenti Əli Görçin Bakıda keçirilən "Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" təlimin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, ölkələr Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki münaqişələr ilə daha mürəkkəb dövrə daxil olub: "Sülhün bərqərar olması mühüm əhəmiyyət kəsb edir. Amma sülhün yaranması üçün ilk növbədə güclü olmalıyıq. Azərbaycan ilə Türkiyə heç vaxt başqa ölkələrə münasibətdə düşmənçilik aparmayıb. Biz sadəcə olaraq ölkələrimizin ərazilərini qorumağa çalışırıq”.

O qeyd edib ki, adıçəkilən müharibə və münaqişələrdə klassik müharibə üsulları ilə yanaşı, başqa metodlardan da istifadə olunur: “Odur ki, bu mənada kriptologiya sahəsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə texnologiyalara hakim olmalı və bununla bağlı yeni texnologiyaları inkişaf etdirməliyik. "Simsiz rabitə üzrə süni intellektlə dəstəklənən yeni kibermüdafiə üsulları" təlimi bu istiqamətdə ilk addımdır".

Məqalə ID-si: 1811

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il