Select your language

Select your language

Elm və təhsil

James Webb Kosmik Teleskopu tamamilə su buxarından ibarət atmosferə malik ilk cisim kəşf edib. Bu göy cismi alimlərin uzun müddətdir sübuta yetirməyə çalışdıqları və "buxar dünyası" adlandırılan bir səma cismi olaraq tanınır.

Yerdən təxminən 100 işıq ili uzaqlıqda yerləşən GJ 9827 d adlı planetin atmosferində su buxarının olduğuna dair ilk işarələr 2017-ci ildə Hubble Kosmik Teleskopu vasitəsilə tapılıb. Son tədqiqatlarda James Webb Kosmik Teleskopundan istifadə edən alimlər, ötürücü spektroskopiya metodundan yararlanaraq planetin atmosferini daha ətraflı araşdırıblar.

Yer tipli bu planetin səthində temperaturun 350 dərəcə olduğu təxmin edilir və həyat üçün əlverişli sayılmır. Lakin su buxarı ilə zəngin bir quru planetin aşkarlanması elm dünyasına gələcəkdə yaşanması mümkün planetlərə dair ümidlər verir. Araşdırmanın müəlliflərindən Ryan MacDonald qeyd edir ki, bu planetlərin tərkibini başa düşmək yolunda böyük bir irəliləyişdir.

Emil Bağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il