Select your language

Select your language

Elm və təhsil

Peşə təhsili müəyyən bir sahədə ixtisaslı işçi qüvvəsinin hazırlanmasını təmin edir. Ölkəmizdə digər təhsil pillələrinə nisbətən peşə təhsilinə yanaşma daha fərqlidir. 

Təhsil eksperti Elmin Nurizadə Crossmedia.az-a açıqlamasında ölkəmizdəki digər təhsil pillələrinə nisbətən peşə təhsilinə yanaşmanın daha fərqli olduğunu qeyd edib:
"Peşə təhsili Azərbaycanda tələb təklif prinsipinə, əmək bazarının şərtlərinə görə digər təhsil istiqamətlərini qabaqlayan,  praktiki istiqamətdə onlardan daha irəlidə olan təhsil növüdür. Cəmiyyətdə təhsilə baxış birmənalı olmadığı kimi, onun istiqamətlərinə baxışda  fərqlidir. İnsanlar tərəfindən uydurulmuş nüfuz göstəricisinə görə,  universiteti peşə təhsil müəsisələrindən, kolleclərdən daha üstün tuturuq. Amma hər biri əmək bazarının kadr potensialını müxtəlif kriteriyalardan təmin edir. Peşə təhsil müəsisəsi 3 dərəcədən ibarətdir:ilkin peşə,  texniki və yüksək peşə. Azərbaycanda hazırda 84 peşə təhsil müəsisəsi vardır ki ,  bu 84 peşə təhsil müəsisəsində  3 dərəcəni də əhatə edən 128 ixtisas tədris olunur. 128 ixtisasın hər biri əmək bazarı üçün lazımlı ixtisasdır. Peşə təhsilinin piyarını faydalılıq seqmentini yaxşı apara bilməmişik. Əmin olun ki, buna hazırda çox ciddi ehtiyac vardır. İlk yanaşma dəyişilməlidir”. 
Ekspert eyni zamanda öz təcrübəsinə əsasən  bildirib ki, son iki ildə peşə təhsilinə olan yanaşma dəyişib:
“Əvvəlki illər peşə təhsil müəssisələrinə qəbul 1 dəfə aparılırdısa, indi  qəbul 3 mərhələdən ibarətdir. Deməli müraciətlər olduğu üçün bu qədər irəliləmələr var. İlk dəfə olaraq, bu il peşə təhsil müsəsisələrinə qəbul olanların sayı 20000-i keçmiş oldu. Qəbul olanların 75%-i ödənişsiz, yerdə qalan 25%-i  ödənişli əsaslarla daxil oldu. Qəbul prosesində də  çətinlik görmürəm. İlkin peşə və texniki peşələrdə yalnız atestat vasitəsilə qəbul aparılır. Yüksək peşədə şagirddən abituriyent balı da tələb olunur. Bugün bizim peşə təhsil seqmentimiz olduğundan daha çox inkişaf etməldir. İndi də bəzi insanlar  kimsə peşə məktəbində təhsil alırsa ona qarşı münasibəti dəyişir,  təhsil alan tələbəyə müəyyən məzəmmətlə baxırlar. Elə bilirlər ki, son çarə ilə bu məktəbə qəbul olub. Yanaşma belə olmamalıdır. Peşənin də öz funksiyası var".

Zeynəb Mustafazadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il