"Prezidentin izi ilə" ənənəvi media tur iştirakçıları Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbdə olublar.
Modern.az xəbər verir ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov jurnalistlərə bildirib ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Həmçinin, təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.
Bundan başqa F.Bədəlov məktəbdə pedoqoji heyətin formalaşmasının həyata keçirildiyini də diqqətə çatdırıb: "Sevindirici haldır ki, bütün müəllimlər Cəbrayıl şəhərinə köçürülən və Cəbrayıl rayonu ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərdir. Məktəbdə bütün fənlər üzrə ixtisaslı kadrlar çalışır".
Xatırladaq ki, təhsil ocağının təməli 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Məqalə ID-si: 1097
Cəbrayıldakı məktəbdə pedoqoji heyət formalaşıb