Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyə Respublikasının Rəcəb Tayyib Ərdoğan Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, müqavilə çərçivəsində bakalavriat, magistrant, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universitetinin əsası 2006-cı ildə qoyulub. Universitetdə 15 fakültə, 1 institut, 3 kollec, 6 peşə məktəbi və 18 tədqiqat mərkəzi fəaliyyət göstərir və 17 minə yaxın tələbə təhsil alır.