İşğaldan azad edilmiş ərazilərə müxtəlif heyvanlar buraxılıb
Array
(
[0] => 1
[1] => 5
)
İcazəniz yoxdur. İcazə problemi: core.edit
İşğaldan azad edilmiş ərazilərə müxtəlif heyvanlar buraxılıb
Ərazilərdə biomüxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, Laçın rayonu ərazisinə 5 Şahin quşu, 4 baş Şərqi Qafqaz turu və 10 kəklik quşu, eləcə də Kəlbəcər rayonuna Bezoar keçilərinin reintroduksiyası məqsədilə 3 baş keçi Göygöl Milli Parkının 6-cı kvartalından Murovdağ istiqamətinə buraxılıb.
Trend xəbər ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
Onun sözlərinə görə, cari ilin sonunadək daha bir fauna növünün işğaldan azad edilmiş ərazilərə reintroduksiyası nəzərdə tutulur.
"Həmçinin su bioresurslarının artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdən axan çaylardan ümumilikdə 1,1 milyondan çox qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb", - deyə o qeyd edib.
Məqalə ID-si: 1492