Select your language

Select your language

Diaspor

Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğunda Azərbaycan diasporu nümayəndələrinin görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Bakıda keçiriləcək COP29 Beynəlxalq İqlim Konfransı ərəfəsində Azərbaycana qarşı mənfi münasibət, imic yaratmaq məqsədilə Avropa və ABŞ-da erməni lobbisinin çirkin böhtan kampaniyası olub.

Görüşdə fəxri konsul Əfqan Salmanov, Xarkov şəhərinin “Aynur Xatun” Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Kifayət Cəfərova və Allahverdi Həsənov, Xarkov vilayətindəki Azərbaycan-Ukrayna Dostluq Cəmiyyətinin sədri Murad Ömərov, Ukraynanın Xalq rəssamı Katib Məmmədov, “İslam İrsi və Mədəniyyət Beynəlxalq Mərkəz”in rəhbəri Ağamirzə Nuriyev və axund Kamil Ələsgərov iştirak ediblər.

Bütün iştirakçılar Ermənistan tərəfindən Azərbaycana qarşı son böhtana öz mənfi münasibətini ifadə ediblər və bunu COP29 ərəfəsində Azərbaycanı dünya ictimaiyyətində ləkələmək üçün uğursuz cəhd kimi qiymətləndiriblər.

“Bu, Ermənistanın arzuladığı dağıdıcı nəticəyə gətirib çıxarmayacaq və dünya Azərbaycanın aydın demokratik kursuna bir daha əmin olacaq. Ermənistanın dəfələrlə əl atdığı qara təbliğat Azərbaycanın dünya siyasi arenasında imicinə heç bir şəkildə təsir etməyəcək”, - deyə Xarkovdakı Azərbaycan diasporunun nümayəndələri əminliyini ifadə ediblər.

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il