Select your language

Select your language

Diaspor

Misirin paytaxtı Qahirə şəhərində yerləşən Jurnalistlər Sindikatında “Misir-Azərbaycan - ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi üçün səylər və əməkdaşlıq perspektivləri” adlı seminar keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, 50-dən artıq yerli jurnalistin və tədqiqatçının iştirakı ilə keçirilən seminarda çıxış edən Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Misir-Azərbaycan əlaqələrinə toxunub. Səfir hər iki ölkə Prezidentlərinin qarşılıqlı səfərlərindən sonra əlaqələrin daha da möhkəmləndiyini diqqət çatdırıb. Cari ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar aparılan hazırlıq işləri və tədbir çərçivəsində həyata keçiriləcək bir çox layihələr barədə məlumat verib. Elxan Poluxov 2022-ci ildə COP27-nin Misirin Şarm Əl-Şeyx şəhərində keçirildiyini vurğulayaraq, bu ölkənin öz təcrübəsini Azərbaycanla bölüşməsini yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Seymur Nəsirov Misir-Azərbaycan əlaqələrinin tarixindən bəhs edib.

Daha sonra beynəlxalq münasibətlər üzrə tədqiqatçı xanım Ghada Caber Azərbaycanda qadınların hüquqlarının qorunmasından danışaraq Azərbaycan parlamentinin sədrinin qadın olduğunu və qadınların parlamentdə yüksək faizi ilə təmsil olunduqlarını vurğulayıb.

Seminar yerli jurnalistlər və tədqiqatçılar tərəfindən səfir Elxan Poluxova və digər məruzəçilərə ünvanlanmış çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.

Tədbir Misir mətbuatında da geniş işıqlandırılıb. Xəbərlərdə, həmçinin Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən də bəhs olunub. Cəmiyyətin fəaliyyətinin əsas məqsədinin xalqlar arasında dostluğun möhkəmləndirilməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlərin göstərilməsi olduğu bildirilib. Qeyd edilib ki, cəmiyyətin nəzdindəki kurslarda Azərbaycan və ingilis dilləri, Qurani-Kərimin qiraəti, ərəb dilinin qrammatikası, ədəbiyyat, bəlağət, məntiq, xəttatlıq, dekorasiya, xalçaçılıq və muğam sənəti tədris olunur, müxtəlif fənlər üzrə 57 ölkədən 600-dən çox gənc ödənişsiz təhsil alır.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il