Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində görülən işlər gənclərin karyera imkanlarını genişləndirir
Array
(
[0] => 1
[1] => 5
)
İcazəniz yoxdur. İcazə problemi: core.edit
Azərbaycanda işsizliyin aradan qaldırılması istiqamətində görülən işlər gənclərin karyera imkanlarını genişləndirir
İşsizliyin aradan qaldırılması və məşğulluq imkanlarının genişləndirilməsi gənclər üçün olduqca əhəmiyyətlidir. Ölkəmizdə isə gənclərin işlə təmin edilməsinə xüsusi diqqət yetirilir. Onların karyera pillələrində irəliləməsi üçün geniş imkanlar yaradılır.
İşsizliyin fəsadları və səbəbləri
Müasir dövrün ən aktual sosial-iqtisadi problemlərindən olan işsizlik insanlar, xüsusilə də gənclər üçün həm maddi çətinliklər yaradır, həm də onların cəmiyyətə inteqrasiyasına, özünü dərk etməsinə və gələcək karyera perspektivlərinə mənfi təsir göstərir. Gənclərin işsiz qalması bir sıra sosial və psixoloji fəsadlar da doğurur. Maddi imkanların məhdud olması isə onların şəxsi inkişaflarına mane olur. Eyni zamanda uzunmüddətli işsizlik gənclərdə depressiya, özünəinamsızlıq, motivasiya itkisi kimi psixoloji problemlərə yol açır. Eləcə də işsiz gənclər cəmiyyətin aktiv üzvləri olmaqdan məhrum olurlar. Gənclər arasında işsizliyin bir sıra səbəbləri var. Onlardan biri də təhsillə əmək bazarının tələbləri arasında yaranan fərqdir. Gənclər ali təhsil alsalar da, çox vaxt əmək bazarının ehtiyaclarına cavab vermək üçün yetərli bacarıqlara malik olmurlar. Həmçinin bəzi sahələr üzrə gənclər arasında yüksək rəqabət də mövcuddur ki, bu da onların işsiz qalmasına gətirib çıxarır. Texnoloji baxımdan inkişaf da işsizlik problemini dərinləşdirir. Yeni texnologiyalar bir sıra ənənəvi iş sahələrini sıradan çıxarır və rəqəmsal bacarıqlara malik olmayan gənclər bu prossesdən kənarda qalırlar. Belə halda, gənclərin özlərini yeni sahələrə uyğunlaşdırması zərurətə çevrilir.
Dünyada və Azərbaycanda işsizlik
Araşdırmalar göstərir ki, gənclər arasında işsizliyin səviyyəsini azaltmaq üçün bir sıra tədbirlər görülməlidir. İlk növbədə təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması vacibdir. Gənclər təhsil aldığı müddətdə onlara real-praktiki bacarıqların öyrədilməsi və onların iş dünyasına hazırlanmaları təmin edilməlidir. Bu məqsədlə universitetlərdə və peşə təhsil müəssisələrində praktik təlimlərə və sahibkarlıq kurslarına daha çox diqqət yetirilməlidir. Eyni zamanda texnoloji biliklərin artırılması və rəqəmsal bacarıqların inkişaf etdirilməsi də vacibdir. İnformasiya texnologiyaları sahəsində ixtisaslaşmış gənclər həm yerli, həm də qlobal əmək bazarında rəqabətə davamlı mühit yarada bilərlər. Dünyada işsizlik səviyyəsi ölkələr arasında əhəmiyyətli şəkildə fərqlənir. İqtisadi inkişafı güclü olan ölkələrdə işsizlik səviyyəsi nisbətən aşağı olur. Lakin qlobal iqtisadi böhranlar və pandemiya kimi qlobal hadisələr bütün dünyada işsizlik səviyyəsini yüksəldə bilər. Dünyada işsizliyin səviyyəsini Ümumdünya Əmək Təşkilatı və ya Beynəlxalq Valyuta Fondu kimi təşkilatlar izləyir. 2020-ci ildə COVID-19 pandemiyasının təsiri ilə dünya üzrə işsizlik nisbəti kəskin şəkildə artıb. 2023-cü ildən etibarən isə bəzi ölkələrdə əmək bazarında işsizlik səviyyəsi yenidən azalmağa başlayıb. Azərbaycanda işsizliyin səviyyəsi dünya ortalamasından daha aşağı səviyyədədir. 2023-cü ilin statistikasına görə, ölkəmizdə işsizlik səviyyəsi təxminən 5-6% arasında olub.
Real iş və müsbət nəticə
Respublikamızda işsizliyin azaldılması üçün bir sıra iqtisadi və sosial proqramlar, o cümlədən əmək bazarını stimullaşdıran tədbirlər və yeni iş yerlərinin yaradılması istiqamətində layihələr həyata keçirilir. Qeyri-neft sektorunun inkişafı və texnologiyanın artırılması da işsizliyin azaldılmasına yönəlib. Bundan başqa, özünüməşğulluq proqramı işsiz şəxslərin şəxsi biznes qurmasına və öz-özünü təmin etməsinə kömək edir. Bu proqram çərçivəsində dövlət tərəfindən müvafiq təlimlər keçirildikdən sonra, işsiz şəxslərə bizneslərini başlatmaq üçün avadanlıq və ilkin resurslar təqdim edilir. Kənd təsərrüfatı, xidmət sektoru və digər sahələr üzrə özünüməşğulluq proqramları sayəsində işsiz şəxslər öz bizneslərini quraraq müəyyən gəlir əldə edirlər. Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığı çərçivəsində işsizliyin azaldılmasına yönəlmiş layihələr də həyata keçirilir. BMT, Avropa İttifaqı və digər beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində ölkəmizdə iş yerlərinin yaradılması, təlim proqramlarının təşkili və texnoloji inkişaf sahələrinə də dəstək verilir. Həyata keçirilən tədbirlər isə öz müsbət nəticəsini verməkdədir.
Karyerada yüksəliş və daha güclü cəmiyyət
Gənclər arasında işsizlik probleminin həlli ilə bağlı təhsil sistemi, dövlət dəstəyi və gənclərin şəxsi təşəbbüsü ən mühüm faktorlardan hesab olunur. Hər üç istiqamət üzrə isə ölkəmizdə mühüm işlər həyata keçirilir, gənclərin karyera yüksəlişini təmin etmək üçün hər cür şərait yaradılır. Bu baxımdan demək olar ki, gənclərə iş imkanlarının yaradılması, onların sosial-iqtisadi həyatda aktiv iştirakının təmin edilməsi və digər tədbirlər gələcəkdə daha güclü cəmiyyətin formalaşmasına töhfə verəcək.
Aytac Bəhruzqızı
Məqalə ID-si: 1022