Select your language

Select your language

Humanitar

Türkiyə Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların aparılmasında vasitəçiliyi Azərbaycan tərəfinə ötürə bilər. Moskva və Kiyev Bakı variantına qarşı çıxmayacaq.

“Report” xəbər verir ki, bunu türkiyəli analitik Engin Özer deyib.

“Türkiyənin İstanbul danışıqlarının razılaşdırılmış bütün məqamlarını Azərbaycan tərəfinə ötürməsi və danışıqların diplomatik dəstəklə Bakıda aparılmasını təmin etməsi variantlardan biri ola bilər. Moskva və Kiyev Bakı variantına qarşı çıxmayacaq”, - o bildirib.

E.Özerin sözlərinə görə, Moskvanın bəyəndiyi vasitəçi ölkə müharibə başa çatdıqdan sonra beynəlxalq arenada çox güclü mövqeyə malik olacaq: “Ona görə də Moskva bu “hədiyyə”ni NATO üzvü olan ölkəyə vermək istəməyəcək. Çox güman ki, Rusiya Qoşulmama Hərəkatının üzvü olan ölkəyə üstünlük verəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada keçirilən Beynəlxalq Çernobbio Forumunda Bakının Moskva ilə Kiyev arasında nizamlanmada iştirak etməyə hazır olduğunu bildirib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il