Select your language

Select your language

Geosiyasət

Bəs bu xətt pozulanda nə olur? Müharibə, qarşıdurma və s. baş verir.

Bəzi ölkələrdəki hakimiyyətlər, rejimlər öz "qırmızı xətti"ni başqa dövlətin ərazisində, onun maraqlarına qarşı cızır. Bu davranış necə adlanır? Başqasının daxili işinə qarışmaq, beynəlxalq hüququn və münasibətlərin pozulması olaraq qiymətləndirilir.

Regional qlobal təhlükəsizlik bir-biri ilə əlaqəlidir.

Ermənistanın baş naziri Nikol Paşinyanın “Azərbaycanla bütün mübahisəli mövzuları, o cümlədən kommunikasiya məsələsini birbaşa danışıqlar yolu ilə həll etməyə hazırıq” deməsi ilə yanaşı, həmin nəqliyyat marşrutlarının xarici təhlükəsizlik xidmətinin mühafizə edəcəyinə dair açıqlamasına ən çox qıcıqlanan İran hakimiyyətidir.

Məsələyə münasibət bildirən İranın xarici işlər naziri Abbas Əraqçi "X" səhifəsində bildirib ki, regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, həm də ölkəsinin milli təhlükəsizliyinin sütunlarındandır: “Regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, milli təhlükəsizliyimizin sütunlarıdır. Şimaldan, cənubdan, şərqdən və ya qərbdən qonşularımızın ərazi bütövlüyünə hər hansı təhdid və ya sərhədlərin yenidən cızılması qəbuledilməzdir. Bu, İranın "qırmızı xətti"dir”.

 

Anti-Azərbaycan çıxışları ilə tanınan İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sübhani nazirindən qabağa gedərək "region araqarışdırıcısı" rolunu yenə oynayıb. O, Azərbaycanı nəzərdə tutaraq Zəngəzur yolunun açılması barədə deyib: “Bəzilərinin Sünikdən (Zəngəzur mahalını nəzərdə tutur- red.) keçən qondarma dəhlizlə bağlı arzu və istəkləri reallaşmayacaq. Qonşularımızın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir”.

Nazir Əraqçi və səfirinin nəzərinə çatdıraq ki, təhlükəsizlik bütün dövlətlər üçün "qırmızı xəttdir". Regional təhlükəsizliyin təhdid edilməsi bir sıra hallarda qlobal anlamda problem yaradır. Məsələn, İranın Livanda “Hizbullah”ın, Yəməndə husilərin, Əfqanıstan və Pakistanda “Fatimiyun”, “Zenəybiyun”, İraqda “Həşdi-Şəbi” kimi proksi qüvvələri təkcə bir ölkənin, regionun deyil, həm də qlobal təhlükəsizliyi təhdid edir. Yaxud qonşu ölkələrin təhlükəsizliyi və ərazisinin qayğısını çəkən Tehran hakimiyyəti İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) xarici ölkələrdə fəaliyyət göstərən Qüds qoşununu niyə saxlayır? “Qüds” qoşunu İraq və Suriyada bir qayda olaraq həmin ölkələrin daxili işinə müdaxilə edir. Husi, HƏMAS, Hizbullahın İsrailə qarşı müharibəsini əlaqələndirir.

Region ölkələrinin təhlükəsizliyi və ərazi bütövlüyünü düşünən Tehran hakimiyyəti dünyanın siyasi xəritəsindən İsraili silmək üçün HƏMAS-a, Hizbullaha, husilərə və başqalarına milyonlarla dollar maliyyə vəsaiti xərcləyir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il