İsrail Müdafiə Ordusu BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) qərargahına və digər obyektlərə zərbə endirərək iki sülhməramlının yaralanmasına səbəb olub.
Bu barədə UNIFIL-in məlumatında qeyd edilib.
Məlumata görə, İsrail ordusu Naqura şəhərindəki UNIFIL-in müşahidə qülləsinə zərbələr endirib. Bildirilib ki, yaralanan sülhməramlılar xəstəxanadadır, həyatları üçün təhlükə yoxdur.
UNIFIL-dən qeyd edilib ki, İsrail Müdafiə Ordusu dəfələrlə qərargah və ətrafdakı obyektlərə zərbələr endirib.