İranda uçuşların təhlükəsizliyi ilə əlaqədar tətbiq olunan məhdudiyyətin aradan qaldırılması ilə ölkə səmasında uçuşlar bərpa olunub.
Trend xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazərlu deyib.
Onun sözlərinə görə, bütün hava yolları şirkətləri bu gün yerli vaxtla 05:00-dan etibarən uçuşları həyata keçirməyə başlayıblar.
Yazərlu bildirib ki, sərnişinlər aeroportlara getməzdən öncə, uçuşla əlaqədar hava yolları şirkətləri ilə əlaqə saxlaya bilərlər.
Əlavə edək ki, İranın Mülki Aviasiya Təşkilatı 1 oktyabrdan 3 oktyabr 05:00-dək İran səmasında uçuşların ləğv edildiyini elan edib. Qeyd edək ki, 1 oktyabrda İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) “Doğru Vəd 2” adlı əməliyyatda İsrailə onlarla ballistik raket atdığını elan edib. Raket hücumunun nəticələri haqda hələlik rəsmi məmulat yoxdur.
Məqalə ID-si: 907
İranda uçuşlar bərpa edilib