Ermənistanda hökümətə qarşı mübarizədə silahlı qrupların dirçəlməsi müşahidə edilir.
Bu barədə Crossmedia.az jamestown.org saytına istinadən xəbər verir. Bildirilir ki, sentyabrın 18-də Ermənistan hüquq-mühafizə orqanları hökuməti devirmək məqsədilə silahlı qrup yaratmaqda ittiham olunan üç nəfəri həbs edib. Digər dörd nəfər isə Rusiyada təlim keçmək üçün insanları cəlb etmələri ilə bağlı axtarışdadır. Saxlanılanlardan biri olan Serob Qasparyan Nikol Paşinyan hökumətinin kəskin tənqidçisidir. Ermənistan İstintaq Komitəsi bildirir ki, yeni çağırışçılar Rusiya hərbi bazasına göndərilib, bu bazanın mövcudluğu isə şübhə altındadır. Paşinyan əleyhinə olan analitiklər etnik ermənilərin Ukraynada yerləşdirilməsi üçün cəlb edildiyini iddia etsələr də, Paşinyan bu iddiaları rədd edib. Sentyabrda baş vermiş çevriliş cəhdi Ermənistanın son dövrlərdəki siyasi gərginliyini və müharibədən sonra orduda yaranan narazılıqları göstərir.
Qeyd edək ki, 1999-cu ildən bəri Ermənistanın siyasi tarixi dövlət çevrilişləri və silahlı qarşıdurmalarla doludur. 2020-ci ildə baş verən müharibədə məğlubiyyətdən sonra radikalların hökümətə qarşı aqressiyası daha da artıb. Ermənistan hökuməti radikallaşma və terrorizmə qarşı mübarizəni gücləndirmək üçün tədbirlər görməyə çalışsa da, vəziyyətin həlli çətin görünür.
Gülay Qəribova