Select your language

Select your language

Avropa

Oktyabrın 7-si Ukrayna ordusu Krımda Rusiyanı yanacaqla təmin edən neft anbarını vurub. Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin “çox əhəmiyyətli bir müstəviyə” girdiyini açıqlayıb. 

Croosmedia.az ABCnews-a istinadən xəbər verir ki, Ukrayna Baş Qərargahı zərbənin "hərbi qüvvələrə zərbə vurmaq üçün davam edən səylərin bir hissəsi" olduğunu açıqlayıb. 

Rusiya Feodosiyadakı neft anbarında yanğın baş verdiyini təsdiqləyib, lakin səbəbini açıqlamayıb. 

Zelenski Rusiyaya müharibənin onlara heç nə qazandırmadığını başa salmaq üçün təzyiq göstərməyə davam edəcəklərini bəyan edib. 

Ukrayna Hərbi Hava Qüvvələri, Rusiya tərəfindən bir gecədə 6 raket və 74 "Şahid" tipli pilotsuz təyyarənin atıldığını bildirib. Rusiya isə təxminən 20 Ukrayna pilotsuz təyyarəsini vurduğunu açıqlayıb.

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il