Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə Minsk vilayətinin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Hökumət başçılarına layihə çərçivəsində istifadə olunan fərdi tikintiyə dair yeni yanaşmalar və texniki həllər barədə məlumat verilib, mikrorayonda yaşayış binalarına, mühəndis, nəqliyyat və sosial infrastruktur obyektlərinə baxış keçirilib.