ABŞ prezidenti Cozef Bayden Livanda vəziyyətin gərginləşməsi fonunda İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparmaq niyyətində olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə " TASS" informasiya agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Amerika administrasiyasının rəhbəri jurnalistlərin Livanla bağlı suallarına cavab olaraq bildirib ki, o, Netanyahu ilə danışacaq və bu baş verdikdə mətbuata məlumat verəcək.
Cozef Bayden, həmçinin Livanda genişmiqyaslı müharibənin qarşısının alınmasının vacibliyini bəyan edib.