Azərbaycan bütün tərəfləri COP29-da iqlim şəffaflığı üzrə yekun saziş imzalamağa çağırır.
Bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Pre-Cop29 konfransı çərçivəsində keçirilən paralel tədbirdə deyib.
O, həmçinin qeyd edib ki, COP29-a hazırlıq çərçivəsində Azərbaycan Sədrliyi yaxın həftələrdə qlobal iqlim şəffaflığına dair nazirlər səviyyəsində müşavirə keçirəcək.