Select your language

Select your language

COP29

COP29-la bağlı "Qlobal iqtisadiyyat və inkişaf proqramı" mövzusunda onlayn tədbir keçirilib.

"ZOOM" platformasında baş tutan iclasda müxtəlif rəsmi şəxslər, o cümlədən, BMT-nin İqlim Dəyişikliyi üzrə Baş katibi Simon Stiell iştirak edib.

Tədbir zamanı iqlim iqtisadiyyatı mövzusunda müxtəlif panel müzakirələr aparılıb. Çıxış edən Stiell tədbir iştirakçılarına iqlim maliyyəsi ilə bağlı resurslardan söz açıb: 

"Son on ildə biz bəzi real irəliləyişlərin şahidi olduq. Ötən il qlobal miqyasda iqlim fəaliyyətinə bir trilyon dollardan çox sərmayə qoyulub. On il əvvəl isə bu rəqəm bir neçə yüz milyarddan yuxarı təşkil edib. Ancaq olmalı olduğumuz mövqedə deyilik. Bunun üçün çalışmalıyıq".

Baş katib bildirib ki, iqlim məsələləri bağlı problemlərin aradan qaldırılması üçün yetəri qədər geniş büdcəyə ehtiyac var: 

"Gələn həftələrdə Dünya Bankının iclasları başlayacaq. Bu məsələlər böyük qurumlarda da müzakirə edilməlidir. Həll yolu üçün qlobal axtarışlar mütləq əhəmiyyət təşkil edir. Borcların azaldılması və iqlimlə bağlı daha çox borc müddəalarının tətbiqi bir başlanğıcdır. Eləcə də Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası doldurulur".

O, həmçinin, vurğulayıb ki, biz milli iqlim planlarının yeni nəslini maliyyələşdirməliyik:

"COP28-də əldə etdiyimiz irəliləyişi qorumaq və BƏƏ Konsensusunda verdiyi öhdəlikləri üçqat bərpa olunan enerji, ikiqat enerji səmərəliliyi, adaptasiyanı artırmaq və qalıq yanacaqlardan uzaqlaşmanı real dünya, real iqtisadiyyat nəticələrinə çevirmək lazımdır. Əgər biz bu yolla getsək, bu, tezliklə dünyanın iqlim mübarizəsində son nəticəni verəcək",- S.Stiell fikrini yekunlaşdırıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il