Select your language

Select your language

COP29

Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər çox vacibdir.

Bunu Qırğız Respublikası Prezidentinin xüsusi nümayəndəsi Dinara Kemelova Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, dünya ölkələri baş verən təbii fəlakətlərə qarşı tədbirli olmalı, öz əhalisini bu istiqamətdə maarifləndirməlidir:

"COP29 çərçivəsində baş verə biləcək iqlim fəlakətlərinə hazırlıq məsələsini müzakirə etməliyik. Dünya ölkələri BMT-nin iqlimlə bağlı qətnamələrinə dəstək verməlidir. Biz bu istiqamətdə çox işləməliyik ki, insanlara və təbiətə dəyən ziyanı azaldaq".

O həmçinin vurğulayıb ki, iqlim dəyişikliyi nəticəsində baş verə biləcək təbii fəlakətlərlə mübarizədə alətlərin azlığı narahatedici məqamdır:
"Düşünürəm ki, yeni alətlər tapmalıyıq. Məsələn, Qırğızıstanda təbii fəlakət baş verərkən insanlar nə etməli olduqlarını bilmirdilər. Bu cür hadisələrin mənfi nəticələri ilə mübarizə aparmalıyıq".

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il