Select your language

Select your language

COP29

Özəl sektor iqlimin maliyyələşdirilməsində daha fəal iştirak etməlidir.

Bunu Yaşıl İqlim Fondunun investisiyalar üzrə direktoru Henri Qonzales deyib.

O, iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox maliyyə vəsaitinin ayrılmasına çağırıb. Direktorun sözlərinə görə, böyük həcmdə maliyyələşməyə ehtiyac olduğunu nəzərə alaraq, bu məsələdə özəl sektor da fəal rol oynamalıdır.

O, həmçinin qeyd edib ki, iki həftədən sonra Vaşinqtonda uyğunlaşmanın maliyyələşdirilməsi ilə bağlı nazirlərin görüşü təşkil olunacaq.

"Ümid edirik ki, COP29-da iştirakçı ölkələrin maliyyə nazirləri ilə görüşmək və maliyyə vəsaitlərinin bölüşdürülməsi kimi mühüm məsələləri müzakirə etmək imkanımız olacaq", - H.Qonzales bildirib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il