Select your language

Select your language

COP29

COP29 üçün media mərkəzi artıq tam olaraq hazır vəziyyətdədir.

Bunu Bakı Olimpiya stadionuna təşkil edilən media-tur zamanı COP29-da Media əməliyyatları üzrə direktor Pirim Pirimov deyib.

"Media mərkəzi artıq tam olaraq hazır vəziyyətdədir. 6 325 kvadratmetr ərazidə 1200 media nümayəndəsi üçün tam rahat şəkildə iş şəraitini təmin etdik. Xırda bəzi detallar qalıb ki, üzərində iş gedir. Media üçün iş otaqları ayrılıb. Televizya və radio yayımçıları üçün 300, yazılı media üçün isə 300 masa ayrılıb. Bundan əlavə "standup" mövqelər və studiolar mövcuddur. Həmin studioları rezerv etmək mümkündür. Akkreditasiya prosesi isə davam edir. Media Mərkəzinin iş saatları səhər saat 8-dən axşam saat 8-ə qədər olacaq", - deyə P.Pirimov qeyd edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il