Biz Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) yaxşı nəticələr gözləyirik.
Bunu Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji, ətraf mühit üzrə xüsusi nümayəndəsi Andre Korrea do Laqo Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel sessiyasında deyib.
"Təəssüf ki, bu gün əksər insanlar çoxtərəfliliyin nail ola bilmədiyi şeylərə diqqət yetirirlər. Biz keçirdiyimiz tədbir çərçivəsində çoxtərəfliliyin gücləndirilməsini təmin etməliyik. Düşünürəm ki, biz hər zaman ötən il Birləşmiş Ərəb Əmirliklərində (COP28 çərçivəsində) əldə edilmiş konsensusun əhəmiyyətini vurğulayacağıq. Bakıda da oxşar nəticə gözləyirik", - o bildirib.
A.Laqo qeyd edib ki, çoxtərəfliliyin gücləndirilməsi üçün hər şey edilməlidir və bu məsələdə Braziliyaya ümid etmək olar.