COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Sinqapurun davamlılıq və ətraf mühit naziri Qreys Fu Hay Yen (Grace Fu Hai Yien) ilə görüşüb.
Bu barədə COP29-un "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı noyabrın 11-22-də Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öncəsi ortaq məqsədlər və danışıqların gedişatı müzakirə edilib.