Select your language

Select your language

Araşdırma

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Olaf Şolts ilə görüşündə birgə silah istehsalını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat xidməti məlumat yayıb.

“Görüşdə müzakirə olunan məsələlər arasında ikitərəfli təhlükəsizlik sazişinin həyata keçirilməsi və müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi üçün mümkün sahələr, o cümlədən də birgə silah istehsalı olub”, - məlumatda deyilir.

Liderlər Sülh Formulasının həyata keçirilməsinə xüsusi diqqət yetiriblər.

Zelenski həmçinin qeyd edib ki, Almaniya hökuməti Ukrayna Silahlı Qüvvələrini gücləndirmək üçün müxtəlif konfiqurasiyalı əlavə hava hücumundan müdafiə sistemləri sifariş edib, üstəlik, “Ramştayn formatı”ndakı iclasda elan edildiyi kimi, Ukraynaya əlavə “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusu və “Leopard 1A5” tankları verəcək.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il