"Ermənistanın öz keçmişindən dərs çıxarması gələcək taleyi üçün daha yaxşı olar"
Array
(
[0] => 1
[1] => 5
)
İcazəniz yoxdur. İcazə problemi: core.edit
"Ermənistanın öz keçmişindən dərs çıxarması gələcək taleyi üçün daha yaxşı olar"
Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsindəki Qələbəsi hərb tariximizə qızıl hərflərlə yazıldı. Uzun illər Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqlarımız sadəcə 44 gün ərzində düşməndən təmizləndi. Bu, Azərbaycan Ordusunun döyüş hazırlığının, əzminin, şücaətinin nümunəsi idi. İkinci Qarabağ müharibəsindən, antiterror əməliyyatlarından sonra artıq sülh haqqında danışmağın vaxtı çatdı. Lakin təəssüf ki, hazırda Ermənistan tərəfinin danışıqları revanşist bəyanatlardan, qeyri-real xülyalardan ibarətdir.
Crossmedia.az Azərtac-a istinadla xəbər verir ki, bu fikirləri hərbi ekspert Tərlan Eyvazov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan dəfələrlə Ermənistana sülh əlini uzatsa da, qarşı tərəf müxtəlif bəhanələrlə bundan yayınır: “Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində əməli addımlar atılmır. Əsas səbəb isə Ermənistanın arxasında dayanan ölkələr, onların fəaliyyəti, qəbul etdikləri qərarlar, qətnamələrdir. Bütün bunlar onu göstərir ki, Azərbaycana qarşı davam edən çirkin oyun hələ bitməyib. Ancaq Azərbaycanın qətiyyətli, qərarlı mövqe nümayiş etdirməsi bu prosesin üçüncü tərəflərin planlaşdırdığı kimi getməyəcəyinin açıq sübutudur”.
O qeyd edib ki, 44 günlük müharibədən, ondan sonrakı antiterror əməliyyatından ermənilərin dərs çıxaracağı, qalan mübahisələrin danışıqlar masası arxasında müzakirəsinə daha çox üstünlük verəcəkləri hesab edilirdi. Amma Ermənistanda baş verən son hadisələr onların dərs çıxarmaq niyyətindən çox-çox uzaq olduğunu göstərir. “İndi onlar tam əksinə, silahlanma və ordu quruculuğu istiqamətinə yönəliblər. Yenə Azərbaycana qarşı iddialar, sərhəddə baş verən təxribatlar, xarici ölkələrdən alınan silahlar… Bütün bunlar ermənilərə yenidən dərs verməyin lazım gələcəyi fikrini yaradır. Hazırda Azərbaycan öz sərhədlərinin möhkəmlənməsi istiqamətində ciddi işlər görür. Əsas hədəf ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafıdır. Baxmayaraq ki, artıq Azərbaycan Ordusu öz gücünü beynəlxalq səviyyədə nümayiş etdirib. Ancaq Ordumuzun daha da peşəkarlaşması üçün tədbirlər görülür. Qardaş Türkiyə Respublikası ilə birgə davamlı keçirilən genişmiqyaslı təlimlərin məqsədi bundan ibarətdir. Ordumuz təlimlərdə müasir döyüş texnologiyasını tətbiq etməklə, daha çevik və daha modern döyüş texnikasını öyrənir. Ermənistanın havadarları revanşistlərin ruhlandırılması, bu ölkəyə hücum silahlarının verilməsi ilə hər hansı müsbət nəticəyə nail ola bilməyəcəklərini anlamalıdırlar. Bu günə qədər Ermənistana göstərilən hərbi və maddi yardımların ona kömək etmədiyini bütün dünya görüb. Ona görə də Ermənistanın öz keçmişindən dərs çıxarması gələcək taleyi üçün daha yaxşı olar”, - deyə T.Eyvazov bildirib.
Məqalə ID-si: 690