Dilinizi seçin

Dilinizi seçin

İqtisadiyyat

Array
(
    [0] => 1
    [1] => 5
)

İcazəniz yoxdur. İcazə problemi: core.edit

Neft Fondu ərəb şirkəti ilə Memorandum imzalayıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Səudiyyə Ərəbistanı Krallığında investisiya imkanlarının araşdırılması məqsədilə Hassana İnvestisiya Şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

Bu memorandum müştərək investisiyaların həyata keçirilməsi imkanlarını araşdırmağa imkan yaradaraq iki qurum arasında strateji əməkdaşlığın inkişafına töhfə verəcəkdir.

Anlaşma Memorandumu, Hassana İnvestisiya Şirkətinin İcraçı direktoru Saad bin Abdulmohsen Al-Fadli və ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov tərəfindən imzalanmışdır. İsrafil Məmmədov öz çıxışında bildirib ki, "Bu Anlaşma Memorandumu yalnız iki maliyyə qurumunun razılaşması deyil, eyni zamanda strateji investisiyalar və dayanıqlı inkişaf üçün ortaq məqsədlərə yönəlmiş tərəfdaşlığın başlanğıcıdır. Bu əməkdaşlıq ARDNF-nin “Vision 2030” strateji hədəfləri çərçivəsində əhəmiyyətli inkişaf və transformasiya dövründən keçən Səudiyyə Ərəbistanındakı investisiya strategiyası baxımından əhəmiyyətli bir mərhələdir. Biz Hassana ilə qarşılıqlı maraq doğuran layihələri müəyyən etmək və inkişaf etdirmək üçün birgə çalışmağa hazırıq".

Saad bin Abdulmohsen Al-Fadli bu tərəfdaşlığın Hassana İnvestisiya Şirkəti üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: " Hər iki tərəfə Səudiyyə Ərəbistanının investisiya sektorundakı yeni imkanlardan faydalanmağa kömək edəcək bu memorandum sayəsində əməkdaşlığımız, özəl səhm, daşınmaz əmlak və infrastruktur sahələrinə fokuslanaraq uzunmüddətli dəyər yaratmağı hədəfləyir."

Hassana İnvestisiya Şirkəti, Ümumi Sosial Sığorta Təşkilatının (GOSI) investisiya meneceri olaraq fəaliyyət göstərir. 1,2 trilyon Səudiyyə riyalı (320 milyard ABŞ dolları) dəyərində aktivləri və dünyanın ən böyük pensiya fondlarından birini idarə edən Hassana, yerli, regional eləcə də, qlobal investisiyalardan ibarət çoxşaxəli portfelə malikdir. Hassana, bütün Səudiyyə nəsillərinin gələcək pensiya ehtiyaclarını qarşılamaq məqsədilə dayanıqlılıq prinsiplərinə əsaslanan strategiyası çərçivəsində uzunmüddətli investisiyalar həyata keçirir.

Məqalə ID-si: 3030

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il