Dilinizi seçin

Dilinizi seçin

İqtisadiyyat

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumilikdə 8 169 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb.

Bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 2,2 % artıb.

Bu ilin 9 ayında muxtar respublikanın daşınmaz əmlakın dövlət reyestrində 3 538 torpaq sahəsi, 2 901 fərdi yaşayış və bağ evi, 1 254 mənzil, 111 qeyri-yaşayış binası, 340 qeyri-yaşayış sahəsi, 24 əmlak kompleksi kimi müəssisə, çoxmərtəbəli yaşayış binası dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, daşınmaz əmlakla bağlı əməliyatların aparılmasına dair müraciətlərin sayı ötən ilki müvafiq göstəricidən 22,8 %, qeydiyyata alınmış torpaq sahələrinin sayı 22,5 %, qeyri-yaşayış sahələrinin sayı 32,2 % çox olub.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdən daxil olan dövlət rüsumu 13,6 % artaraq 884,5 min manat, xidmət haqqı isə 32 % artaraq 1,7 milyon manat təşkil edib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il