Dilinizi seçin

Dilinizi seçin

İqtisadiyyat

İpoteka və Kredit Zəmanət Fondu (Fond) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq, əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.

Crossmedia.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Fondun vəsaiti hesabına 365,6 milyon manat ipoteka krediti verilib ki, onun da 66,5 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edir.

İlin əvvəlindən adi ipoteka kreditləri hesabına 3017, güzəştli ipoteka kreditləri hesabına isə 844 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb.

2024-cü ilin ötən dövründəverilmiş ipoteka kreditlərinin orta məbləği 94 683 manat təşkil edib.

Ümumilikdə indiyədək Fondun vəsaiti hesabına 3,2 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 51 710 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. Bu kreditlərin 931 milyon manatdan çoxu dövlət dəstəyinə ehtiyacı olan xüsusi kateqoriyaya aid şəxslərə verilmiş güzəştli ipoteka kreditləri təşkil edir. İpoteka kreditlərindən faydalananların 67%-i gənclər və gənc ailələrdir.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 1 oktyabr 2024-cü il tarixinə Fond tərəfindən 92,9 milyon manat məbləğində 1077 ipoteka krediti üzrə zəmanət verilib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il