BRİKS-in vahid valyutasının yaradılması nəzərdən keçirilmir, tərəflər alternativ maliyyə və hesablaşma ödəniş sisteminin yaradılmasını müzakirə edirlər.
Axar.az xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.
“İndi biz hər hansı vahid valyutanın yaradılması məsələsini nəzərdən keçirmirik. Söhbət konkret olaraq birliyimizə daxil olan ölkələrin milli valyutaları, rəqəmsal maliyyə aktivləri və rəqəmsal valyutalarından istifadə edəcək alternativ maliyyə və hesablaşma ödəniş sisteminin yaradılmasından gedir
Yeri gəlmişkən, bir çox mərkəzi banklar artıq öz rəqəmsal valyutalarını buraxırlar, lakin onların birləşdirilməsi və hesablaşma məsələsi bizim vəzifəmizdir”, - Siluanov bildirib.