Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 92 milyard 829,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 %, qeyri neft-qaz sektorunda isə 7,1 % artıb..
ÜDM istehsalının 37,1 %-i sənaye, 9,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 %-i tikinti, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 19,2 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 %-ni təşkil edib.
Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 9 103 manat olub.