Dilinizi seçin

Dilinizi seçin

İqtisadiyyat

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il 1 oktyabr tarixinə dövlət büdcəsinə transfert etdiyi vəsaitin həcmi məlum olub.

Belə ki, ARDNF 2024-cü il 1 oktyabr tarixinə ümumi 152 736,7 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 9 585,8 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib.

Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. ARDNF-nin fəaliyyət istiqaməti ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi; ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi; neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması kimi mühüm vəzifələrin həllinə yönəlib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il