Dilinizi seçin

Dilinizi seçin

Energetika

Ümumi gücü 240 meqavat olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi davam etdirilir və 2025-ci ildə istismara verilməsi gözlənilir.

Külək turbinlərinin quraşdırma işlərinə Abşeron ərazisindən başlanacaq və burada ilk 8 turbin quraşdırılacaq.

Ümumi gücü 240 meqavat olan stansiyanın tikintisi ölkəmizdə bərpaolunan enerjidən istifadənin genişləndirilməsi üçün əhəmiyyətli layihədir. Azərbaycanın yaşıl enerji keçidini dəstəkləyən bu stansiya “ACWA Power” şirkətinin ölkəmizdəki ilk layihəsidir.

İlkin hesablamalara görə, stansiya tərəfindən istehsal olunacaq illik 1 milyard kilovat-saata yaxın elektrik enerjisi 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 300 milyon dollardan çoxdur və tam olaraq xarici investisiya hesabına həyata keçirilir.

Qeyd edək ki, külək texnologiyasında enerji istehsalının səmərəliliyi küləyin sürətindən asılıdır. Qeyd edilən orta illik külək sürəti turbinlərin səmərəli fəaliyyət göstərməsi üçün kifayət qədər yüksəkdir və layihənin enerji istehsalında dayanıqlılığı təmin edəcək. 36 hektar ərazidə yerləşəcək külək stansiyası Azərbaycanda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqinə və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək, elektrik istehsalında bərpaolunan enerji mənbələrinin payını artıracaq.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il