Bu gün Sumqayıtda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilir ki, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar bu gün elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Sumqayıtda 9, 10, 12, 14-cü mikrorayonlarda, eləcə də bəzi məhəllələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.