Dilinizi seçin

Dilinizi seçin

Energetika

Avropa İttifaqı (Aİ) Azərbaycanın enerji səmərəliliyi, "yaşıl siyasət"in hazırlanması ilə bağlı səylərini gələcəkdə də dəstəkləməyi planlaşdırır.

"Report"un xəbərinə görə, bunu Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Bakıda keçirilən "Yaşıl texnologiya və dayanıqlı inkişaf" mövzusunda "B2B Forum"da bildirib.

"Bir sıra müxtəlif ikitərəfli layihələr vasitəsilə Aİ Azərbaycan hökumətinin enerji səmərəliliyi ilə bağlı çərçivə proqramlarını, "yaşıl siyasət"in hazırlanması, davamlı su idarəçiliyi və davamlı gələcək üçün vacib olan digər sahələr üzrə səylərini dəstəkləyib və gələcəkdə də dəstəkləməyi planlaşdırır" - o qeyd edib.

Diplomatın sözlərinə görə, Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) ərəfəsində Aİ Azərbaycanla yeni tərəfdaşlığa başlayıb: "Bu yaxınlarda biz COP29-a qədər təbii ehtiyatların qorunmasına dair məlumatlılığı artırmaq üçün ictimai kampaniyaya başladıq. Kampaniyanın adı “Planetimiz üçün – təhlükəsiz su, təmiz hava, təmiz torpaq və yaşıl enerji”dir. Bu kampaniya çərçivəsində seminarlar və təqdimatlar, sosial media tədbirləri, müxtəlif tədbirlər və foto müsabiqələr kimi bir çox müxtəlif fəaliyyətlər həyata keçirəcəyik".

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il