Qazaxıstanın tikinti şirkətləri Azərbaycanda layihələrin icrasına maraq göstərir
Array
(
[0] => 1
[1] => 5
)
İcazəniz yoxdur. İcazə problemi: core.edit
Qazaxıstanın tikinti şirkətləri Azərbaycanda layihələrin icrasına maraq göstərir
Qazaxıstanın tikinti şirkətləri Azərbaycanda layihələrin icrasında investor kimi iştirak etməkdə maraqlıdır.
Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.
Agentlikdə onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Prezident İlham Əliyevin ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını və güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaradılmasını MİDA-nın qarşısında prioritet vəzifə kimi qoyduğunu qeyd edən İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov qurumunun əsas fəaliyyət istiqaməti barədə məlumat verib. Görüşdə, həmçinin Agentliyin icra etdiyi tikinti layihələri, güzəştli mənzilin üstünlükləri, mənzillərin əldə edilməsi qaydası, “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi haqqında məlumatları özündə əks etdirən təqdimat dinlənilib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir ölkələrimiz arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli töhfə verdiyini qeyd edib. O, Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Görüşdə tikinti sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Məqalə ID-si: 3066