"Avtobuslar üçün zolaqlar yaratmışıq, avtobus qalıb bir tərəfdə, bütün zolaqlar zəbt olunub".
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Zahid Oruc Bakıda keçirilən "3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Beyin Mərkəzləri Forumu"nda bildirib.
"Velosiped yolları yaratmışıq, ancaq velosiped sürən varmı? Yox. Bu gün Azərbaycan cəmiyyəti alternativ enerjiyə keçməyə hazırdırmı? Kimsə sorğu edə bilirmi cəmiyyətdə alternativ enerjiyə baxış necədir? Həqiqətən günəşi və küləyi real enerjiyə çevirməyə hazırıqmı? Bu sahədə böyük işlər görməliyik", - deyə o qeyd edib.