Dilinizi seçin

Dilinizi seçin

Humanitar

"Yaşıl" iqtisadiyyata keçid işçi qüvvəsinin hərəkətliliyinin artırılmasını və onun yenidən peşəkar hazırlıq və adaptasiya şəraitinin yaradılmasını tələb edəcək.

Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransın üçüncü gününün açılış mərasimində bildirib.

Nazir qeyd edib ki, araşdırmalar göstərir ki, "yaşıl" iqtisadiyyata keçid əmək bazarına ciddi təsir göstərəcək, yeni iş yerləri açılacaq, lakin neft və qaz hasilatı kimi ənənəvi sahələrdə struktur dəyişikliyinə səbəb olacaq.

"Bu transformasiyanın sürəti və keyfiyyəti, əsasən, ixtisaslı mütəxəssislərin hazırlanmasından və işçi qüvvəsinin idarə edilməsinin effektivliyindən asılı olacaq. Digər tərəfdən, rəqəmsallaşma və yeni texnologiyaların inkişafı əmək bazarındakı dəyişiklikləri sürətləndirəcək, yeni peşələr və ixtisaslar yaradacaq, mövcud bacarıqların tez köhnəlməsinə gətirib çıxaracaq. Bu, işçi qüvvəsinin hərəkətliliyinin artırılmasını və onun yenidən peşəkar hazırlıq və adaptasiya şəraitinin yaradılmasını tələb edəcək", - deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, "yaşıl" iqtisadiyyata keçid şəraitində vətəndaşların əmək və sosial hüquqlarının müdafiəsi insan kapitalının inkişafı konsepsiyasının vacib elementinə çevrilir.

"Dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycan üçün də bu məsələ xüsusi əhəmiyyət kəsb edir. Beynəlxalq təşkilatların məlumatlarına görə, son illərdə bir çox inkişaf etmiş ölkələrdə milli sərvətin strukturunda əhəmiyyətli dəyişikliklər müşahidə olunur", - o əlavə edib.

Nazir vurğulayıb ki, sosial müdafiə sistemi "yaşıl" iqtisadiyyata keçid prosesini dəstəkləməli və yeni şəraitə uyğunlaşmalıdır.

"Azərbaycan regional və qlobal çağırışlara baxmayaraq, əhalisinin rifah səviyyəsini artırmağa davam edir və bunu özünün prioritet vəzifəsi kimi müəyyən edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü sosial dövlət quruculuğu siyasəti həyata keçirilir. Bu siyasətin mühüm elementləri sosial proqramların əhatə dairəsinin və ünvanlılığının genişləndirilməsi, sosial təminat xidmətlərinə çıxışın sadələşdirilməsi və sosial xidmətlərin göstərilməsində innovativ texnologiyaların tətbiqidir ki, bu da aztəminatlı ailələrə effektiv yardım göstərməyə imkan yaradır", - nazir qeyd edib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il