Dilinizi seçin

Dilinizi seçin

Humanitar

“Sevirəm” parkının genişləndirilməsi ilə bağlı söküntü işlərinin əsas hissəsi başa çatıb.

Bunu Trend - ə açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

O bildirib ki, sökülən tikililərin yerində abadlıq işləri görülərək, bu sahə mövcud parkın ərazisinə qatılacaq.

"Söküntü ərazisi, əsasən, Kamandar Əhmədov, Həmid Abbasbəyli, Yusif Səfərov və Sergey Senyuşkin küçələrindəki qəzalı evləri əhatə edib.

Bu ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prosesi həyata keçirilib. Söküntüdən sonra ərazi təmizlənib, park üçün qazon işləri görülüb".

Sakinlərin məlumatına görə, sökülən evlərin 1 kv.m-nə 2300 - 2500 manat, obyektlərin hər 1 kv.m üçün 2700-3000 manat kompensasiya verilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində bir çox yerlərdə istismar müddəti bitmiş, qəzalı bina və tikililərin əvəzinə yeni bina və obyektlər yox, məhz parklar salındığını açıqlamışdı. Bildirilmişdi ki, Xətai rayonunda yerləşən “Sevirəm” parkının genişləndirilməsi ilə bağlı işlər görülür. Bununla əlaqədar şəhərin əsas magistral yollarından olan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililərin sökülməsi və ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prossesi həyata keçirilir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il