Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında “Türktransplantın təsis edilməsinə dair Niyyət Protokolu” imzalanıb.
Report xəbər verir ki, mərasim Türk Dövlətləri Təşkilatı və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin Şuşada keçirilən IV iclası çərçivəsində baş tutub.
Sənəd Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında imzalanıb.