Dilinizi seçin

Dilinizi seçin

Səhiyyə

Sentyabrdan başlayaraq və oktyabrın 10-dək TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 854 nəfərin qrip əleyhinə vaksinasiyası aparılıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, vaksinasiya “soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub və son bir ayda 0-17 yaş aralığı üzrə 2 486, 18 və daha yuxarı yaş qrupları üzrə isə vətəndaşların 14 368-i qrip əleyhinə vaksinasiya olunub.

Məlumat üçün bildirək ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

Vaksinasiya prosesində Səhiyyə Nazirliyinin ölkəyə yeni gətirdiyi “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir.

Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarında, eləcə də Bakı şəhəri üzrə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.

Xatırladaq ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il