Dilinizi seçin

Dilinizi seçin

Səhiyyə

Səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsini mümkün edir.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan səhiyyə naziri Teymur Musayev Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında çıxışı zamanı deyib.

“Bu istiqamətdə də birgə reallaşdırmalı olduğumuz çoxsaylı imkanlar mövcuddur”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir.

Tədbir çərçivəsində TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin ikitərəfli Memorandumlarının, “Türktransplantın yaradılmasına dair Niyyət Protokolu”nun imzalanması nəzərdə tutulur.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il