Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 8 oktyabr saat 09:30-da Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yevlax rayonunun və Mingəçevir şəhərinin sakinlərini qəbul edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula 7 oktyabr 2024-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu (
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda oktyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.