Dilinizi seçin

Dilinizi seçin

Media və QHT

Array
(
    [0] => 1
    [1] => 5
)

İcazəniz yoxdur. İcazə problemi: core.edit

COP29-un təşkilatçılığında qadınların 43 %-lik təmsilçiliyi Azərbaycanı nümunəvi ölkə edir

Azərbaycanın COP29-un əsas funksional orqanı olan təşkilat komitəsində qadınların təmsilçiliyi 42-43 % səviyyəsindədir və bu göstərici Azərbaycanı iqlim liderliyinin formalaşdırılmasında nümunəvi ölkə edə bilər.

"Report"un xəbərinə görə, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, COP29 təşkilat komitəsinin üzvü Aygün Əliyeva “Su və gender bərabərliyi” mövzusunda Bakıda keçirilən konfransda deyib.

"Burada həm fərdi, həm də təşkilati liderlikdən söhbət gedir, xüsusilə təşkilati liderlikdə qadınların təmsilçiliyi vacibdir. Bu, təkcə dövlət orqanlarında deyil, həm də biznes, innovasiya, qeyri-hökumət təşkilatları, elm və tədqiqat sahələrində əhəmiyyət kəsb edir", - A. Əliyeva vurğulayıb.

Onun sözlərinə görə, qadınlar iqlim liderliyinin təşviqində mühüm rol oynayırlar: "Qadınlar suyun əsas istifadəçiləri olsalar da, bu ehtiyatlardan yalnız özləri üçün deyil, ailələrinin bütün üzvlərinin, o cümlədən kişilərin ehtiyaclarını ödəmək məqsədilə istifadə edirlər. Bu səbəbdən qadınlar su ehtiyatlarına ziyan vuran varlıq kimi qəbul edilməməli və onların su resurslarının idarə olunmasında, iqlim dəyişikliyi ilə mübarizədə və iqlim liderliyinin təşviqində böyük rolu nəzərə alınmalıdır".

İqlim dəyişikliyində QHT-lərin rolu haqqında danışan A. Əliyeva onların əsasən maarifləndirmə, su ehtiyatlarının qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəaliyyət göstərə biləcəyini bildirib. O, QHT-lərin dövlət qurumlarına dəstək olaraq müəyyən siyasi sənədlərin hazırlanmasında iştirak edə biləcəyini də qeyd edib. Xüsusilə su qıtlığı olan Kür-Araz ovalığındakı icmalarla əməkdaşlığın vacibliyini vurğulayan A.Əliyeva normativ sənədlərin hazırlanmasında QHT-lərin təkliflərinin nəzərə alınmasının məqsədəuyğun olduğunu söyləyib.

QHT-lər həmçinin layihə və təşəbbüsləri icra edə, təşviqat və monitorinq fəaliyyətlərini həyata keçirə, hökumət və şirkətlərin iqlim təşəbbüsləri ilə bağlı fəaliyyətinə nəzarət edə və nəticələri ictimaiyyətlə açıq müzakirələrdə paylaşaraq töhfə verə bilərlər, COP29 təşkilat komitəsinin üzvü qeyd edib.

Məqalə ID-si: 1945

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il