Azərbaycan Premyer Liqasının IX turunda keçirilən "Sumqayıt" - "Qarabağ" (0:1) qarşılaşmasında mövsümün azarkeş rekordu qeydə alınıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçı 7000 tərəfdar izləyib.
Buna qədər cari mövsümün azarkeş rekordu Tovuz şəhər stadionunda qeydə alınmışdı. V turun "Turan Tovuz" - "Səbail" oyununu 5500 azarkeş tribunalardan canlı izləmişdi.