Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan professor İrfan Gündüzü, onun rəhbərlik etdiyi nümayəndə heyətini və Mesut Özili qəbul edib.
Nazirlikdən "Report"a verilən məlumata görə, Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü, dünya çempionu Məsut Özilin də daxil olduğu nümayəndə heyətini salamlayan nazir onlara ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.
Görüş zamanı idman sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, uşaq futbolunun inkişafı barədə fikir mübadiləsi aparılıb.
Qonaqlar səmimi qəbul görə təşəkkür ediblər.